3 saat oturmaq sağlamlıq üçün ciddi təhlükədir

3 saat oturmaq sağlamlıq üçün ciddi təhlükədir

Uzun müddət, fasiləsiz 3 saat oturmaq sağlamlıq üçün təhlükəlidir.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, həkim fleboloq Vanessa Prinse ürək və damarları qorumaq üçün uzun müddət oturmamağa çağırıb.

“2-3 saatdan çox əyləşmək damarların sıxılmasına və qan dövranının pozulmasına səbəb olur. Nəinki qan dövranı, həmçinin limfa durğunluğuna gətirir ki, bu da ayaqlarda şişkinliyə səbəb olur. Bir çoxları deyəcək ki, bu işimizlə bağlıdır, amma belə iş ürəyə ciddi ziyan vurur. Oturmaq uzanmaq və yatmaqdan da çox ürəyə zərbədir. Çünki bu zaman damarlar çox sıxılır. Oturaq həyat keçirənlərdə qanda şəkər, xolesterin və çəki də artır.

Bunun qarşısını almaq üçün əyləşəndə bədənin vəziyyətini tez-tez dəyişmək və 30 dəqiqədən bir ayağa qalxıb, gəzişmək, idman etmək, pilləkən qalxıb-düşmək lazımdır.

Hətta mümkün qədər ayaq üstə duraraq işinizi görün. 1 saat ayaq üstə işləmək 30 dəqiqə oturmaqdan faydalıdır”, – həkim qeyd edib.

Teqlər: