Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.
AzerTimes xəbər verir ki, Xəzər rayonunun polis rəisi Əli Fərman oğlu İbrahimovdur.
O, bu vəzifəyə 2020-ci ildə təyin edilib.
Əli İbrahimov 2014-cü ilədək Nefçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2014-cü ildə Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Əli İbrahimovla bağlı internet resurslarında bioqrafik məlumat yoxdur.
O, tez-tez Xəzər rayonu sakinlərinin şikayətlərinin hədəfi olaraq gündəmə gəlib.