3 ölkənin nazirləri görüşəcək

3 ölkənin nazirləri görüşəcək

Azərbaycanın müdafiə naziri genereal-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Z.Həsənov bu gün (21 may) Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.

Sabah (22 may) Z.Həsənovun səfər çərçivəsində Gürcüstanlı həmkarı Levan İzoriya ilə görüşü planlaşdırılıb. İki ölkə arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunacaq və nazirliklər arasında memorandum imzalanacaq.

Sabah Azərbaycan müdafiə nazirinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşləri də planlaşdırılıb. Z. Həsənov mayın 23-də isə Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iştirak etdiyi üçtərəfli görüşə qatılacaq.