Böyük Britaniya, İtaliya və Yaponiya birlikdə yeni döyüş təyyarəsi istehsal edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Rişi Sunak məlumat verib.
Məlumata görə, üç ölkə yeni nəsil döyüş təyyarəsinin 2030-cu illərin ortalarına qədər istifadəyə verilməsini hədəfləyir.
Bu təyyarələr “Tayfun” tipli döyüş təyyarələrini əvəz edəcək.