Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər saatlarında zəif duman olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz olacaq.
Oktyabrın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə isə oktyabrın 3-ü və 4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.