Bu gün (3 noyabr) ABŞ-da 59-cu ümumi seçkilər keçiriləcək.
Prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər.
Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.
Qeyd edək ki, seçilmiş prezidentin inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.