Bu gün Bakıda keçirilən “IronWind 70.3” turnirində bəzi nazirlərimiz də qüvvəsini sınayıb.
AzerTimes xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev sosial şəbəkədə paylaşım edib.
“İdman tariximizdə ilk dəfə olaraq bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, yüksək texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov “IronWind 70.3” triatlon turnirində iştirak ediblər”, -deyə nazirlik sözçüsü qeyd edib.