Xəbər - Ceyhun Ələkbərov – Trend:
2020-ci ildə pandemiya şəraitində Bakıda 413 milyondan çox sərnişin daşınıb. Son 5 il ərzində də 3,2 milyarddan çox səfər olub.
AzerTimes-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, 5 il ərzində dövlət tərəfindən aparılan islahatlar nəticəsində ictimai nəqliyyatda göstərilən xidmətin keyfiyyəti artıb.
“3 ildə avtobuslarla sərnişin daşıma 170 milyon nəfər artıb ki, bu da 27 faizdən çox artım deməkdir. Hazırda Bakı şəhəri üzrə 169 xətt mövcuddur, həmin xətlərdən 44 faizi şəhərdaxilidir:
“2020-ci ildə 16 yeni marşrut xətti təşkil olunub. Onlardan 12-i eskpress, 4-ü isə müntəzəm xətlərdir. 26 xəttin hərəkət sxemi isə dəyişdirilib”.