Məhkəmə-Hüquq Şurası 3 hakimin səlahiyyətlərinə xitam verib.
Şuradan AzerTimes-a verilən məlumata görə, bu barədə Şuranın videokonfrans formatında keçirilən iclasında bildirilib.
İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.