3 günə Ukraynada vəziyyət kəskin dəyişəcək

3 günə Ukraynada vəziyyət kəskin dəyişəcək

Ukraynada müharibə gedən ərazilərdə yaxın üç gün ərzində vəziyyət kardinal şəkildə dəyişəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Əbu-Dabidə keçirilən IDEX 2023 beynəlxalq hərbi texnika və silah sərgisi çərçivəsində bildirib.

“Rusiya Prezidenti Putinin bugünkü bəyanatlarından aydın olur ki, o, Ukraynada çox gərgin mübarizə aparmağa davam edəcək və bu mövqe, başqa sözlə, münaqişənin gərginləşməsi Serbiyanın vəziyyətini həm siyasi, həm hərbi, həm də bütün digər aspektlərdə daha da çətinləşdirəcək”, – Vuçiç deyib.

O qeyd edib ki, gözləntisi budur və bir, iki və ya 3 gün ərzində döyüş meydanında mühüm dəyişiklik və Qərbdən Serbiyaya qarşı siyasi hərəkətlərdə ciddi dəyişikliklər gözləyir.

O, həmçinin vurğulayıb ki, Ukraynadakı münaqişə yaxın gələcəkdə daha da genişlənəcək və nəzarətdən çıxacaq.

Teqlər: