İsrailin Livandakı hərəkətləri regionu genişmiqyaslı müharibəyə sövq edir.
AzerTimes xəbər verir ki, bu barədə Misir, İraq və İordaniya XİN başçılarının Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşündə qəbul edilən bəyanatda vurğulanıb.
“Vəziyyətin pisləşməsinə görə bütün məsuliyyəti İsrail daşıyır”, – deyə bildirilib.
XİN başçıları İsrailin Livan ərazisinə zərbələrini pisləyib:
“Bu, regionu genişmiqyaslı müharibəyə sövq edir. İsrail Qəzza zolağına təcavüzünü dayandırarsa, eskalasiya da dayanacaq”.