3-cü doza peyvənd məcburi deyil, həssas qruplara tövsiyə edilir – Nazirlik

Xəbər - Samir Əli – Trend:

Koronavirusa qarşı həssas qrupların üçüncü doza peyvəndi qəbul etməsi tövsiyə edilir.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, koronavirus infeksiyası keçirmiş şəxs 6 aydan sonra icazə verilmiş vaksin vurdurmaqla “İmmun serifikatı”nı müddətsiz əldə edə bilər: “3-cü doza isə mövcud immuniteti bir qədər də gücləndirir. Müşahidələr göstərir ki, iki doza vaksin vurduranlarda müəyyən müddət sonra təsir zəifləyə bilir. Bəzilərində bu, 6 ay və daha çox çəkə bilər. Xroniki xəstəliyi olanların digər insanlara nisbətən immuniteti zəifdir, vaksinin təsiri daha qısa müddətdə itir. 60 yaş üzərində xroniki xəstəlikləri olanlarda da immunitet zəifdir, onlar təkrar yoluxduqları halda, xəstəliyi ağır keçirə bilərlər. Ona görə 3-cü dozanın vurulması tövsiyə olunur. Bu, məcburiyyət deyil, sadəcə həssas qruplara tövsiyədir. Bundan asılı olmayaraq, “Vaksin sertifikatı”nın müddətsizliyi dəyişmir”.

Teqlər: