Şərqi Azərbaycan əyalətinin Sərab mahalının “Şirmərdan” yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Sərabın Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat yayıb.
O, alpinistlərin yanvarın 15-də itkin düşdüklərini, Sərab və Təbrizdən olan alpinist və xilasetmə qruplarının onların axtarışına cəlb olunduqlarını bildirib.
Güclü qar yağması və çovğun səbəbindən axtarış işlərinin istənilən səviyyədə aparılmadığı da qeyd edilib.