AzerTimes 29 iyul günü tarixdə baş verən ən maraqlı 7 hadisəni təqdim edir.
1. İkinci Dünya Müharibəsilə bağlı 12 il baş tutmayan Yay Olimpiya Oyunları 1948-ci ilin 29 iyulunda İngiltərənin paytaxtı Londonda keçirildi. Qardaş Türkiyə bu yarışlarda 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazandı.
2. 1957-ci ildə Beynəlxalq Atom Energetikası Agentliyi – MAGATE təsis olundu. Agentliyin əsas vəzifələri nüvə enerjisi və texnologiyalarından istifadə olunmasına nəzarət etmək idi. Hazırda kütləvi qırğın və nüvə silahlarının yayılmaması məsələsi agentliyin əsas məqdsədlərindən biridir.
3. 1958-ci ilin bu günündə ABŞ-da Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yaradılıb.
4. 1967-ci ilin 29 iyulunda Venesuelanın Karakas şəhərində baş verən zəlzələdə 500 adam ölür, minlərlə adam isə yaralanır.
5. Uels şahzadəsi Çarlz və həyatı kitab və kinolara hekayə olan ledi Diana 1981-ci ilin 29 iyulunda evlənir.
6. 1999-cu ildə isə ABŞ tarixində ilk dəfə prezident vəzifə başında olarkən cəza alır: Bill Klinton yalan ifadə verdiyinə görə 90 min dollar ödəməyə məcbur edilir.
7. 2005-ci ilin 29 iyulunda Günəş sistemində mövcud olan milyonlarla ulduz arasından ERİS adı verilən “cırtdan planet” aşkarlanır.
Bonus: 29 iyul günü tarixdə hadisələrlə yanaşı, həm də şəxsiyyətlərlə xatırlanır. Bu gün böyük holland rəssamı Vinsent Van Qoqun xatirə günüdür. O, rəssamlığa 27 yaşından (1880) meyl göstərib. Cəmi 10 illik yaradıcılığı ərzində çəkdiyi rəsmlərdən 1700-ə qədəri günümüzədək gəlib-çatıb. Rəssam sağlığında yalnız “Arlede qırmızı tənəklər” əsərini sata bilib. O, 37 yaşında – iyulun 29-u, 1890-cı ildə intihar edib. Ölümündən sonra Van Qoqun əsərləri milyonlarla dollara satılıb.