29 il sonra misli ilə alınan qisas – Qəhrəman hərbçilərimiz Daşaltıda şəhidlərimizi andı (REPORTAJ)

Xəbər - Fərid Zöhrabov – Trend:

1992-ci ilin yanvarın 25-i başlayıb bir gün sonra uğursuzluğa düçar olan “Daşaltı əməliyyatı”ndan 30 il ötür.

AzerTimes-ın əməkdaşı Şuşaya səfəri zamanı 29 ildən sonra qəhraman ordumuzun azad etdiyi bu Daşaltı kəndində olub.

Daşaltı kəndi Şuşaya gedən yolun üzərində yerləşir. Bu kənd 1992-ci il yanvarın 25-i başlayıb bir gün sonra bitən və Azərbaycanın hərb tarixinə acı məğlubiyyət kimi düşən “Daşaltı əməliyyatı”nın keçirildiyi yerdir.

Bu əməliyyatın uğursuzluğu o dövrdə Azərbaycan qoşunlarının döyüş ruhuna və əhalinin ovqatına çox ciddi təsir göstərmişdi. Daşaltının tutulması Şuşanın işğalına gətirib çıxartmışdır. 29 ildən sonra qəhraman əsgərlərimiz Daşaltı kəndini erməni işğalından azad etməklə Şuşaya yol açdı. Hərb tarixinin ən parlaq qələbələrindən olan bu hadisə ilə müzəffər ordumuz 29 il əvvəlki ləkəni təmizlədi, şəhidlərimizin qanı yerdə qalmadı.Bu zəfərlə xalqımızın illərlə aldığı mənəvi zərbələrin yerini də doldurub, tarixi ədaləti bərpa etdi.


Daşaltını azad olunmasında iştirak edən qəhraman əsgər və zabitlərimiz Trend Tv-yə açıqlamasında öz təsüratlarını bölüşüblər.

Teqlər: