287-ci gün: Rusiyanın itkiləri açıqlandı

287-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 287-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 92 740 hərbçi, 2 935 ədəd tank, 5 909 ədəd zirehli döyüş maşını, 1 923 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 526 ədəd avtomobil texnikası, 1 601 ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.

Teqlər: