282 vakansiya üzrə peşə hazırlığı və iş ilə təminat həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq filialı
İstirahət Kompleksləri ilə əməkdaşlığa başlayır.

Birgə əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 282 vakansiya üzrə
uyğun namizədlər seçiləcək, ilk olaraq onlar peşə hazırlığına cəlb
ediləcəklər, daha sonra isə məşğulluqları təmin olunacaq.

Vakansiyalar nəqliyyat, təchizat və təminat, kadrlar, qida
sahəsi, məişət və təmizlik, qəbul-qeydiyyat, qonaqlama xidməti,
idman və əyləncə, təhlükəsizlik olmaqla 71 vəzifəni əhatə edir.

Artıq vakansiyalar üzrə uyğun namizədlərin seçiminə başlanılıb.
Vakansiyalarla və vakansiyalara dair tələblərlə tanış olmaq və
qeydiyyadan keçmək üçün 11 saylı Ərazi Məşğulluq filialına müraciət
edə bilərsiniz.

Teqlər: