2800-ə yaxın müharibə iştirakçısına əlillik təyin edilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən
müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi genişmiqyaslı sosial
dəstək tədbirləri həyata keçirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirlər
çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7969
şəxsə 15922 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət,
pensiya) təyin olunub, həmçinin 2772 müharibə iştirakçısına əlillik
və 5544 sosial ödəniş təyin olunub. Cari ilin ilk rübündə “Müharibə
veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün
təyinatına da başlanaraq proses yekunlaşıb.

Bütün qeyd edilən sosial ödənişlərin vətəndaşların müraciəti
olmadan və onların sənədlər təqdim etmələrinə ehtiyac qalmadan,
elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata
keçirilib.

Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə şəhid
ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği də həm
2021-ci ildə, həm 2022-ci ilin əvvəlindən əhəmiyyətli dərəcədə
artırılıb.

Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin,
müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram
2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə
əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 200 mənzil,
postmüharibə dövründə isə 3200 mənzil verilib.

Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili
mənzil və ya fərdi evlə təmin edilib.

Müharibə əlillərinin atomobillə təminatı tədbirləri də davam
edir. Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilinə minik
avtomobili təqdim edib və bu günədək 7400 müharibə əlili
avtomobillə təmin olunub.

Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə
iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil
olmaqla 11 minə yaxın şəxsin aktiv məşğulluq proqramlarına, o
cümlədən 6,5 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması
təmin edilib.

Bu ilin 1 aprel tarixinə “Məşğulluq marafonu”na 627 işəgötürən
qoşularaq 4365 vakansiya təqdim edib və marafon üzrə artıq 2 minə
yaxın şəxs işlə təmin olunub.

Həmçinin 8 minə yaxın şəxsə 23 minədək sosial-psixoloji dəstək
və reabilitasiya xidməti göstərilib, 1337 müharibə əlilinə 16413
reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə
2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək
texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram üzrə 270
nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü
nəsil protezlə təmin edilib.

Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara
mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26
istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf,
vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid
əlaqələndirmə mərkəzlərində 26 min şəxsə xidmətlər göstərilib.
Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi
ilə təminat işləri də aparılıb.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial
dəstək tədbirləri 1 aprel 20

Teqlər: