“28 May”ın qarşısında tikilən parkda son vəziyyət – Video

“28 May”ın qarşısında tikilən parkda son vəziyyət – Video

Bir neçə aydır ki, metronun “28 May” metrostansiyasının qarşısında ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetr yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, burada böyük avtobus dayanacağı, eyni zamanda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobuslar üçün 2 şarj stansiyası, velosiped zolağı və fontanlar da olacaq.

Ərazidə işlərin, demək olar ki, 80% görülüb.

Parkdakı işlərin oktyabrın axırına qədər bitməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığını açıqlamışdı.

Son illər ərzində Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və prosses davam etməkdədir. Hazırda Bakı şəhəri ərazisində 10 meqa parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır.

Teqlər: