28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət qurluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.

28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX – əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı , Azərbaycan vətəndaşlığı təsis edilmiş, milli ordumuz yaradılmışdır. Qısa müddət ərzində 200-dən şox qanun qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi təmin edilmişdi. Azərbaycan dilinin dövlət dili elan olunması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərməsi, milli ordunun, təhlükəsizlik strukturlarının yaradılması və sair mühüm tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət daşıyırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyəti barəsində demişdir: “Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmşdır. Biz haqlı olaraq fəxr edirik ki,bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, müstəqil xalqdır”

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranənən son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin itirilməsinə real təhlükə yaranandə xalqın çağrışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: “ Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”

2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial – rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır. Heydər Əliyev siyasi kyrsunu layiqincə davam etdirməklə yanaşı , həmdə dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha də möhkəmləndirir.

Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Düya Bankının “Doing Business” hesabatında reyinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdədə, hökumətin siyasi stabilliyi təmin etməsi üzrə 11-ci yerdədir.İnfrastruktur layihələri ilə bağlı göstəriciləri də yüksəkdir.

Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının böyük tarixi qələbəsidir.

Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.

Rauf Əliyev

Milli Məclisin deputatı

Teqlər: