Bakıda keçirilən batutla tullanma və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları çərçivəsində kişilər arasında 13-14 yaş kateqoriyasında qoşa mini-batutla tullanma proqramında qalib və mükafatçılar müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, Birinci yeri Lev Busarev (Rusiya, 70,400 xal), ikinci yeri Kay Louson (ABŞ, 69,200 xal), üçüncü yeri Mika Mayner (ABŞ, 68,900 xal) tutub.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.