279-cu gün: Rusiyanın itkiləri açıqlandı

279-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 279-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 88 380 hərbçi, 2 911 ədəd tank, 5 866 ədəd zirehli döyüş maşını, 1901 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 209 hava hücumundan müdafiə sistemi, 280 ədəd hərbi təyyarə, 261 ədəd helikopter, 4423 ədəd avtomobil texnikası, 1555 ədəd PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.

Teqlər: