270-ci gün: Rusiyanın itkiləri açıqlandı

270-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 270-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 84 210 hərbçi, 2 886 ədəd tank, 5 817 ədəd zirehli döyüş maşını, 1868 ədəd artilleriya sistemi, 393 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 209 hava hücumundan müdafiə sistemi, 278 ədəd hərbi təyyarə, 261 ədəd helikopter, 4371 ədəd avtomobil texnikası, 1537 ədəd PUA, 480 qanadlı raket, 16 gəmi/qayıq, 161 xüsusi avadanlıq itirib.

Teqlər: