27 sentyabrdan sonrakı Azərbaycan tam fərqlənir – Mustafa

27 sentyabrdan sonrakı Azərbaycan tam fərqlənir – Mustafa

27 sentyabr Azərbaycan xalqının tarixində sadəcə anım günü kimi qalmayacaq. Bu, həm də yenidən diriliş günüdür! Çünki bu tarix başı aşağı əyilmiş, məğlub olmuş, torpaqlarını itirmiş bir millətin yenidən dirilişidir.

Bu sözləri AzerTimes-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Bu günə görə biz şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana borcluyuq. Vətən savaşını uğurla başa çatdıran, Azərbaycan dəyərlərini daşıyan hər bir kəsin bu qələbədə rolu var. Hesab edirəm ki, bu bizim tariximizdə bir dönüş nöqtəsi kimi qalacaq. Çünki 27 sentyabra qədərki Azərbaycanla, 27 sentyabr 2020-ci ildən sonrakı Azərbaycan tam fərqlənir. Artıq problemlərin həlli yolunda böyük məsafələr qət etmiş, iki ilə bir çox problemləri həll etmiş bir Azərbaycan dövləti var. Nə qədər təyziqlərə, maneələrə, badalaqlara sinə gərərək tarixi problemi həll etdik. Və bundan sonrakı prosesdə də sərhədlərimizin güvənlik məsələsini həll etdikdən sonra artıq bu günün dəyəri daha dəqiq və daha real şəkildə anlaşılacaq.

Bu bizim şərəf tariximizdir! Və hamımız bu tarixi şahid olaraq yüksək qiymətləndiririk”, – deputat deyib.

Teqlər: