27 sentyabr güclü yağış və sulu qar yağacaq

27 sentyabr güclü yağış və sulu qar yağacaq

Sabah (28 sentyabr) yağışlı hava müşahidə ediləcək.    

ETSN Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-20° isti, Bakıda gecə 14-16°, gündüz 17-19° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.