Xəbər - Elçin Mehdiyev – Trend:
27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 2020-ci il sentyabrın 27-də erməni təxribatlarına cavab olaraq Azərbaycan öz hüququndan istifadə etməklə əks-hücum əməliyyatlarına başladı.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısında deyib.
C.Bayramov bildirib ki, 44 gün ərzində Azərbaycan ərazilərinin 30 il davam edən erməni işğalına son qoyuldu.
Nazir bildirib ki, Azərbaycan 44 günlük müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərin bərpa və yenidən qurma işlərində Şuraya üzv olan ölkələrin göstərdikləri həmrəyliyi yüksək qiymətləndirir.
Twitter: @ElchinMehdiyev