27 ildir cəza çəkən 3 ömürlük məhbus həbsdə qaldı

27 ildir cəza çəkən 3 ömürlük məhbus həbsdə qaldı

Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Səidə Qocamanlı ömürlük məhbuslar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun azad olunması ilə bağlı Əfv Komissiyasına müraciət edildiyini bildirmişdi.

AzerTimes xəbər verir ki, bu gün imzalanan əfv sərəncamında “vətənə xəyanət” maddəsi ilə məhkum edilən bu şəxslərin adı yoxdur.

Qeyd edək ki, E.Əmiraslanov, A.Kazımov və S.Poladov keçmiş OMON-un – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olublar.

Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Daha sonra ölüm hökmü ləğv edilib və ömürlük həbslə əvəzlənib.

Hər üç məhkum “vətənə xəyanət” maddəsi ilə ittiham olunub.

Teqlər: