Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, əldə olunan xətlərdə möhkəmlənir və əks-hücum tədbirləri həyata keçirir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən gün ərzində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 27 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 37 hücum həyata keçirib. Dinc əhali arasında ölən və yaralananlar var, yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb. Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Marinsk istiqamətlərində cəmləşdirir, ağır döyüşlər davam edir. Gün ərzində 27 döyüş toqquşması baş verib”,- məlumatda deyilir.