27-ci Bakı çempionatında növbəti mükafatlandırma mərasimi keçirilib (FOTO)

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə
komandalar arasında 27-ci Bakı çempionatının “uşaqlar”
(2012-2014-cü il təvəllüdlü) yaş kateqoriyası üzrə qrup hərəkətləri
üzrə qalib və mükafatçılarının mükafatlandırılması mərasimi
keçirilib.

Trend -in məlumatına görə, çoxnövçülükdə qaliblər və
mükafatçılar iki proqramın – aparatsız və beş halqanın nəticələrinə
əsasən müəyyən edilib. Bakı Gimnastika Məktəbini təmsil edən
komandanın üzvləri qızıl, “Ocaq Sport” klubunun gimnastları (ikinci
komanda) gümüş, “GymKids” idman klubunun gimnastları bürünc medal
qazanıblar.

Komanda hesabında “Ocaq Sport” klubunun komandası fəxri kürsünün
ən yüksək pilləsinə qalxıb, Bakı Gimnastika Məktəbinin komandası
ikinci, “Qrasiya” idman klubunun komandası isə üçüncü yeri
tutub.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

Teqlər: