2021-ci ilin 9 ayında 2646 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.
Trend xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev Əlilliyi olan şəxslərin beynəlxalq günü münasibəti ilə “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda təşkil olunan konfransda deyib.
Onun sözlərinə görə, əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir.
“Özünüməşğulluq proqramının, həmçinin, ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslərdir. Belə ki, bu il özünüməşğulluq proqramı üzrə 1200-ə yaxın əlilliyi olan şəxs üçün kiçik təsərrüfatların yaradılması işləri aparılır”.
Sədr müavini onu da qeyd edib ki, əlillərin məşğullunun artırılması məqsədilə Əmək və məşğulluq altsistemi yaradılıb. Burada bütün vakansiyalar yerləşdirilir və meyarlara uyğun şəkildə əlillər müvafiq işlə təmin olunacaqlar.