261-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

261-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 261-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 174 helikopteri, 2486 PUA-sı, 388 zenit-raket kompleksi, 6511 tank və digər zirehli texnikası, 885 reaktiv yaylım atəş sistemi, 3569 artilleriya və minaatanı, 7166 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: