Tovuzda 26 yaşlı gəncin özünü ov tüfəngi ilə güllələməsi faktı araşdırılır.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.