250 min manat mənimsəyən bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda sabiq bələdiyyə sədri 250 min manat mənimsəyib.

AzerTimes-ın
məlumatına görə, bu barədə məlumat “Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında”
sənəddə əksini tapıb.

Sənəddə qeyd edilir ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin
sabiq sədri tərəfindən subvensiya layihəsinin icrası məqsədilə
dövlət büdcəsindən ayrılmış 250 min manat vəsaitin mənimsənilməsi
faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi
başlanıb.


Bundan əlavə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı,
Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa
rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar
rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri
başlanılıb.

Teqlər: