ABŞ-ın Nevada bölgəsində 2 metr boya və kəskin dişlərə sahib canlı skelet tapılıb.
Araşdırmalar nəticəsində skeletin köpək balığına bənzər və onun kimi qidalanan dəniz canlısı olduğu məlum olub.
Araşdırmaya rəhbərlik edən paleontoloq Karlo Romano bildirib ki, canlının 250 milyon il yaşı var və nəsli kəsilmiş “Birgeria Americana” növünə aiddir.
Canlının 250 milyon il əvvəl hazırda dünyanın ən quraq yerlərindən olan Ölüm Vadisində okean olan zaman yaşadığı təxmin edilir.
Qeyd edək ki, nəhəng dəniz canlısının aid olduğu növün 1 milyon il əvvəl nəsli kəsilib və qalıqlar bu günə qədər bölgədə tapılmış ən sağlam və qədim onurğalı skeletidir.