Ukrayna səfirliyi təxliyə ilə bağlı problemlərin həlli üçün
Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
Ukraynanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Vladislav
Kanevski deyib.
Kanevskinin sözlərinə görə, statistika göstərir ki, 2,5
milyondan çox vətəndaş Ukrayna ərazisini tərk edib.
“Bundan əlavə, 2 milyona yaxın vətəndaş faktiki olaraq yaşadığı
yeri tərk edib. Onlar əsasən, Qərbi Ukraynada məskunlaşdırılıblar”,
– diplomat bildirib.