BMT Baş Assambleyası 25 mayı Ümumdünya Futbol Günü elan edib.
AzerTimes xəbər verir ki, bununla bağlı qətnamə qəbul edilib.
Qətnamədə “1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların nümayəndələrinin iştirakı ilə tarixdə ilk beynəlxalq futbol turnirinin 2024-cü ildən keçirilməsinin 100 illiyi ilə əlaqədar 25 may tarixinin Ümumdünya Futbol Günü elan edilməsi” qərara alınıb.