25 il əvvəl terrordan sağ çıxan bacılar “Krokus”da öldürüldü

25 il əvvəl terrordan sağ çıxan bacılar “Krokus”da öldürüldü

“Krokus Siti Holl”da baş verən terror aktında həlak olan Anna və Tatyana Makarski bacıları 1999-cu ildə Volqodonskda törədilən terror aktından sağ çıxıblarmış.

AzerTimes Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, 1999-cu ildə Volqodonskda Oktyabrskoye şossesində 35 saylı evin yaxınlığında partlayış baş verib. Partlayıcılarla dolu “QAZ-53” markalı yük maşını havaya uçub. Terror aktı nəticəsində 19 nəfər həlak olub, daha 89 nəfər yaralanıb.

Həmin vaxt Annanın 17, bacısı Tatyananın isə cəmi 9 yaşı var idi. Onların evi partlayışın episentrindən 70 metr aralıda yerləşirdi.

“Onlar Volqodonskda partlayış baş verən evin yanındakı evdə yaşayırdılar. Onların mənzilinin şüşələri sındırılıb, bütün ailə yaralanıb və təcili yardıma müraciət edib. Bu, onların həyatında ikinci terror aktıdır”, – deyə mərhum bacıların yaxın dostu deyib.

42 yaşlı Anna “Piknik”in konsertində iştirak etmək üçün xüsusi olaraq Rostov vilayətindən Moskvaya uçub. Paytaxtda yaşayan bacısı ilə birlikdə konsertə gediblər.

Hadisədən sonra bacıların anası Yelena Makarskaya övladlarının itkin düşdüyünü bildirib.

Martın 26-da axşam saatlarında Yelena Makarskayanın hər iki qızının adını “Krokus”da öldürülənlərin yenilənmiş siyahısında görüb.

Anna Makarskaya bankda işləyirdi və 12 və 16 yaşlı iki uşağı var. Kiçik bacısı Tatyananın da 6 və 9 yaşlı iki övladı var.

Teqlər: