Ölkəmizdə sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə +22-25°C isti, gündüz +30-35°C isti, Bakıda gecə +22-24°C isti, gündüz +32-34°C isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-50% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə +25-26°C, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda +26-27°C,Türkan, Hövsan, Sahil, Şıxda +27-28°C isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +19-24°C, gündüz 34-39 isti, dağlarda gecə +13-18°C, gündüz +25-30°C isti olacağı gözlənilir.