24 milyonluq məktəb dövlət nəfinə alındı

24 milyonluq məktəb dövlət nəfinə alındı

Bakının Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi dövlət nəfinə alınıb.

AzerTimes Unikal-a istindən xəbər verir ki, məktəb binasının müsadirə edilməsi ilə bağlı məhkəmə hökmü bu yaxınlarda icra edilib. Məktəbin binası ümumilikdə 24 milyon 700 min manat qiymətləndirilib.

Qeyd edək ki, məktəb hələ də eyni binada fəaliyyətini davam etdirir. Rəhbəri isə yenə “Baku Steel Company”nin hazırda həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədov​un həyat yoldaşı Mehriban Məmmədovadır.

Xatırladaq ki, M.Məmmədovanın həyat yoldaşı Rasim Məmmədov korrupsiya cinayətləri ilə bağlı 14 il azadlıqdan məhrum edilib. Cinayət işində qeyd edilir ki, Bakı Oksford Məktəbi onun cinayət yolu ilə əldə etdiyi pulla tikilib. Bu səbəbdən məktəbin binası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra hökm qanuni qüvvəyə minib.

Teqlər: