Şəhid ailəsi üzvü statusu və vəsiqəsinin verilməsi prosesi davam edir.
AzerTimes-ın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, bu günə kimi 2342 şəhid ailəsinə vəsiqələr təqdim olunub:
“Bildiyimiz kimi Azərbaycanın işğalda olan torpaqlarının azad olunması uğrunda şəhid olan hərçilərimiz də oldu. Həmin şəxslərin ailələrinə vəsiqələrin təqdim olunması prosesi həyata keçirilir. Bu işi bizim əməkdaşlarımız səyyar şəkildə yerinə yetirirlər. Onlar şəhid ailələrinin evlərinə gedib, vəsiqələri təqdim edirlər. Bu günə kimi 2342 ailərinin 4294 üzvünə bu visəqə təqdim olunub”.