23 yaşlı Aytacın öldürülməsində şübhəli bilinən daha bir qadın tutulub

Xəbər - Samir Əli – Trend:

5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın qəsdən öldürülməsi
faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi başlanaraq
istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
istintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın zərərçəkmiş
Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olduğunu,
sonuncunun boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz
verməsinə baxmayaraq sözünə əməl etməməsinə, buna görə Aytac
Əliyevanın ərinə guya xəyanət etmək məqsədi ilə evi tərk etməsi
görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və sonuncunun
2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə
girib zərərçəkmiş şəxsin yaşadığı evə gələrək onu oğurlayıb Şəki
şəhərində yaşadıqları evə aparılıb saxlanması barədə razılığa
gəlməklə Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan
zor tətbiq etməklə oğurlamasına cəhd etməsinə, daha sonra isə
Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara
çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilmişdir.

Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilmişdir.

Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam
öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd – zərərçəkmiş şəxsin
həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə
törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar
fəaliyyətə cəlb etmə – zor tətbiq etməklə və ya zor tətbiq etmək
hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar
qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb
etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: