Polşa Ukrayna Silahlı Qüvvələrinin 23 min hərbi qulluqçusuna təlim keçib.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda Kiyevdə Ukrayna lideri Vladimir Zelenski və Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə mətbuat konfransında bildirib.
Duda əlavə edib ki, Varşava Kiyevə hərbi dəstək verməkdə davam edəcək, həmçinin Ukraynanın AB və NATO-ya daxil olmasını təşviq edəcək.