Formula-1 Qran-Prisi başlayır

Formula-1 Qran-Prisi başlayır

Sabahdan etibarən dünyanın gözü Bakı trekində olacaq. Formula 1 həvəskarları Bakının mərkəzi küçələrində yüksək sürətlə şütüyən bolidləri, onları idarə edən ulduz pilotları izləyə biləcəklər.

Artıq bütün komandalar heyətləri ilə birlikdə Bakıdadır. Pilotlar bu gərgin yarışı səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, yarış trekinin uzunluğu 6 kilometrdir.

Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Bu dar döngələrdə yarış sürəti saatda 60-80 kilometrə enir. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində keçir.Yarışın start və finiş xətti Azadlıq meydanında başlayır. Bu hissədə “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Bakı treki ən sürətli şəhər yollarından hesab olunur.

Yarış zamanı pilotlar və yarışı izləyən milyonlarla tamaşaçı həmçinin, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, Bakının müasir memarlıq abidələrini görəcəklər.

Bu yarışma ardıcıl olaraq beş il Azərbaycanda keçiriləcək.