2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib – Ədliyyə naziri

Xəbər - Samir Əli – Trend:

Ötən dövrdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən, 2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.


Nazir qeyd edib ki, təkcə ötən il məhkəmələr tərəfindən 2300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib:
“Bununla yanaşı, 740 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər. Ötən il pandemiya şəraitində yaşı 65-dən yuxarı olan məhkumların əksəriyyəti respublika Prezidenti tərəfindən əfv olunub. Dövlət başçısının Novruz bayramı ərəfəsində, martın 18-də imzaladığı 625 nəfəri əhatə edən əfv Sərəncamı müstəqillik dövrümüzün ən böyük əfvlərindən olmaqla minlərlə ailəyə sevinc bəxş edib. Sərəncamla həmin şəxslərdən 475-i azadlığa buraxılıb, 98 nəfərin cəzası yarıyadək azaldılıb, 3 nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətlə əvəzlənib, 49 nəfər isə digər cəzalardan azad ediliblər. Onların sırasında xarici ölkələrin vətəndaşları da olub”.

Teqlər: