21 yaşlı qızın oğurlanması ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirildi

Xəbər - Samir Əli – Trend:

Göyçay rayonunda 21 yaşlı qızın oğurlanaraq işgəncə verilməsi
ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.

AzerTimes-ın əldə etdiyi məlumata görə, faktla bağlı Göyçay rayon
Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin
144.1-ci(adam oğurluğu) maddəsi ilə başlanmış cinayət işi
144.2.3-cü( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə) maddəsinə tövsif olunub.

Faktla bağlı şübhəli şəxs qismində saxlanılan Feyruz Əliyevin
atası Mahmud Əliyev də istintaqa cəlb edilib.

Xatırladaq ki, hadisə fevralın 26-da Göyçay rayonunun Ulaşlı
Şıxlı kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Feyruz
Əliyev atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək
qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini
və ağzını bağlayıb. Göyçay rayon Polis şöbəsi əməkdaşlarının
keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib.

Teqlər: