21 yaşlı azərbaycanlı Moskvada qətl törətdi – Video

21 yaşlı azərbaycanlı Moskvada qətl törətdi – Video

Moskvada 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov parkinq üstündə mübahisə zəminində 25 yaşlı Kirill Kovalyova xəsarət yetirib.

AzerTimes xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, aprelin 17-də Kovalyov Krasnodarski küçəsində yaşayan nişanlısını görməyə gəlib. O, Şahin Abbasova məxsus qanunsuz park edilmiş “Toyota Kamri” markalı avtomobilə diqqət çəkib.

Kirill səkidə avtomobil saxlamağın yolverilməz olduğunu deyərək Şahinə irad tutub. Buna cavab olaraq, Şahin qışqırmağa və motosikletə görə oradan çıxa bilmədiyini deyib. Bu zaman tərəflər arasında dava düşüb. Şahin həmin şəxsi döyüb və qarnına bir bıçaq zərbəsi vuraraq qaçıb. Kirill 1.5 saat sonra aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı işi açılıb. Hazırda şübhəlinin tutulması istiqamətində işlər aparılır.

Rusiya mətbuatının məlumatına görə, Şahin Abbasov Rusiyada qanunsuz yaşayırmış. Hadisənin baş verdiyi ərazinin yaxınlığında onun atası və qardaşı yaşayır.

Teqlər: