21 Azər Hərəkatının ildönümüdür

21 Azər Hərəkatının ildönümüdür

Dekabrın 12-də dünyada yaşayan azərbaycanlılar Cənubi Azərbaycanda baş vermiş 21 Azər (12 Dekabr) hərəkatının 77-ci ildönümünü qeyd edir.

AzerTimes xəbər verir ki, 1945-ci il dekabrın 12-də (21 Azər) yarandığı elan edilən Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti zamanı əhalinin həyatına gətirdiyi mühüm yeniliklərlə yaddaşlarda qalıb. Onların siyahısına ana (Azərbaycan) dilində təhsil, savadsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqlara malik olması istiqamətində işlər daxildir.

Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hökumət 1946-cı ilin dekabrında süquta uğrayıb. Belə ki, İran ordusu milli hökumətin paytaxtı Təbriz şəhərini ələ keçirib və hökumətin çoxsaylı üzvləri güllələnib. On minlərlə insan mühacirətə gedib.

Seyid Cəfər Pişəvəri də daxil olmaqla çoxsaylı hərəkat iştirakçısı o zamankı Sovet Azərbaycanına mühacirət edib.

Seyid Cəfər Pişəvəri 1947-cı ildə Azərbaycanın Yevlax rayonu ərazisində avtomobil qəzası nəticəsində vəfat edib.

Teqlər: