2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə “yaşıl zona”ya çevriləcək – Nazir müavini

Azərbaycanın qaz tədarükünü artırması üçün imkanlar var, amma
bu, qarşılıqlı səylər tələb edir.

Trend-in
məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov
ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.

“Azərbaycan regionumuzda başlıca enerji ehtiyatları
tədarükçüsüdür. Azərbaycanın daxili bazarında təbii qazın hasilatı
və istehlakı artır və bu, həm dövlət, həm də SOCAR şirkəti üçün
yaxşıdır”, – E.Soltanov deyib.

Nazir müavini əlavə edib ki, növbəti 10 il ərzində Azərbaycanda
bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının
əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

“2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə “yaşıl zona”ya çevriləcək”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: