2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “2030-cu ilədək
Azərbaycan elminin inkişaf Strategiyası” layihəsi hazırlanıb.

AzerTimes xəbər verir ki, bunu
AMEA prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov
Akademiyanın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin
rəhbərləri ilə görüşü zamanı deyib.


“Layihənin hazırlanmasında Kimya Elmləri Bölməsi alimlərinin də
olduqca böyük əməyi var. Onlar öz dəyərli təklifləri ilə bu sənədin
hazırlanmasında yaxından iştirak ediblər. Layihə yaxın vaxtlarda
geniş müzakirəyə təqdim ediləcək. Hesab edirəm ki, dövlət
səviyyəsində layihənin təsdiqinə nail olsaq, bu, Azərbaycan elminin
inkişafına mühüm töhfə olacaq”, – deyə o bildirib.

Teqlər: