2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq – BVF

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 101,246 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanın nominal ÜDM-i 93 milyard manat, 2023-cü ildə 95 milyard manat, 2024-cü ildə 98 milyard manat təşkil edəcək.

Fondun qısamüddətli proqnozlarına əsasən isə, 2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulu 89,5 milyard manata bərabər olacaq.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: